İngilis dili müəllimi - 200 AZN Lamiyə Həsənzadə / İş elanları - Vakansiyalar - Elanlar

İngilis dili müəllimi - 200 AZN Lamiyə Həsənzadə




Xidmətin seçimi

Bacarıqlar Dil bacarığı: İngilis dili (əla), rus dili (orta səviyyədə). Kompüter bacarığı: Microsoft Office 2007 (yaxşı).  Nureks Tədris Mərkəzində kompüter kursu keçmişəm.  Müxtəlif yaşlarda olan tələbə, şagirdlərə Microsoft Office proqramları üzrə kompüterin tədris ilə məşğul olmuşam. Azərbaycan Dillər Universiteti, 2008-ci il sentyabr- 2012-ci il may, 2 nömrəli İngilis dili fakültəsi, əyani, bakalavr dərəcəsi.  İxtisas: İngilis dili müəllimi. Amerikanın Bakıdakı Səfirliyinin təşkilatçılğı və iştirakı ilə Bakı Amerika Mərkəzində keçirilən "Discover America" ("Amerikanı kəşf et") təhsil proqramında iştirak edərək sertifikatla təltif olunmuşam. Tərəqqi-1 Təhsil Mərkəzində və Nureks Tədris Mərkəzində sərbəst qrafik üzrə müəllimə işləmişəm.  Məktəb, müxtəlif tədris mərkəzləri və kurslardan kənar müxtəlif yaş qrupları üzrə tələbə, şagirdlərə ingilis dilini tədris edirəm.  Azərbaycan və rus bölmələri üzrə fərdi və yaxud qrup şəklində ingilis dilindən dərs deyirəm.  Valideyn və yaxud tələbə istədikdə ümumtəhsil məktəbləri, xüsusi təmayüllü təhsil müəssisələri, gimnaziyalar, liseylər və bu kimi müxtəlif təhsil ocaqlarında oxuyan şagird və tələbələri yalnız dərs proqramı üzrə hazırlaşdırıram.  Bağça yaşlı uşaqlara müasir metod və strategiyalardan istifadə edərək ingilis dilini öyrədirəm. Dərs müddətində uşaqlar yorulmur və darıxmırlar.  Tədrisdə, keçdiyim dərslərdə "innovativ təhsil" üsulları, yeni dərs metodları, müasir texniki vasitələrdən istifadə edirəm.  Tədris prosesində maraqlı "slaydlar"dan ibarət müxtəlif "təqdimatlar (prezentasiyalar)" da hazırlayaraq istifadə edirəm.  İngilis dlinin tədrisi zamanı "onlayn dərslər" də keçirəm.  Tədris prosesində ingilis dilində oxumaq, dinləmək, yazmaq və danışmaq bacarığının inkişaf etdirilməsinə xüsusi diqqət yetirirəm.  Global Business Service Tərcümə Mərkəzində tərcüməçi kimi təcrübə keçmişəm.  "Freelance translator" olaraq "ştatdankənar tərcüməçi" kimi fəaliyyət göstərirəm.  Azərbaycan və ingilis dilləri üzrə yazılı və şifahi tərcüməçilik fəaliyyəti ilə məşğulam.  Şəxsiyyət vəsiqəsi, etibarnamə, diplom, tibbi arayış, ərizə və s. rəsmi, şablon dövlət sənədləri, texnologiya, biznes, tikinti, reklam kimi digər iş sahələri və kimya, hüquq, coğrafiya, tibb kimi müxtəlif elmlər üzrə tərcüməçi olaraq fəaliyyət göstərirəm.  "Freelance translator" olaraq maraqlı "slaydlar"dan ibarət müxtəlif "təqdimatlar (prezentasiyalar)" da hazırlayıram.  Nureks Tədris Mərkəzində müxtəlif yaşlarda olan tələbə, şagirdlərə Microsoft Office proqramları üzrə kompüterin tədrisi ilə məşğul olmuşam. Əlavə məlumat Bakı Amerika Mərkəzinin üzvü olmuşam. Amerikanın Bakıdakı Səfirliyinin iştirakı ilə keçirilən müxtəlif tədbirlər, mərasimlər və Amerikaya həsr edilmiş günlərdə iştirak etmişəm. Müasir texniki vasitələrdən istifadə edərək keçdiyim dərslərdən nümunələr göstərə bilərəm. Əmək haqqı şərti olaraq göstərilibdir.



Əlavə məlumat: