Marketinq meneceri - 1000 - 1200 AZN Papa John`s Azerbaijan / İŞ - Vakansiyalar - Elanlar

Marketinq meneceri - 1000 - 1200 AZN Papa John`s Azerbaijan



Vakansiya / Marketinq / Marketinq menecment
3 avqust 2017 в 18:07 | 76 | Azərbaycan / Bakı

Xidmətin seçimi

İş barədə məlumat - Aylıq promoaksiyalarını və təkliflərini hazırlanmaq və keçirilmiş aksiyaların və təkliflərin statistikasını tərtib etmək  - Ötən il üzrə marketing fəaliyyətinin nəticələrini nəzərə alaraq, illik marketing-təqvimi hazırlanması  - Satış hesabatının aparılması  - Qiymətlərin, çeşidin, carı aksiyaların öyrənilməsi, təhlili, başqa restoranların və digər pizza çatdırılmasıyla məşqul olan şirkətlərin rəqabətinin qiymətləndirilməsi  - Papa John’s International xarici nümayəndələri ilə daimi danışıqların və məsləhətləşmələrin aparılması  - İstehlakçı tələbatının müəyyən edilməsi üçün restoran menecerləri ilə daimi əlaqə saxlamaq.  - “Fast-food” sahəsində bazarın öyrənilməsi və təhlili  - Prezentasiyaların hazırlanması  - Bütün marketing üzrə xidmət göstərən şirkətlərin işlərinə nəzarət- (SMM, Çap, Dizayn və s.)  - Bütün reklam materiallarının vaxtında dizayn və çap olunmasına nəzarət və həmin reklam materialları ilə restoranların təchiz edilməsini təmin etmək  - Sosial şəbəkələrdə və saytda carı aksiyalara dair bannerlərin və postların yerləşdirilməsinə nəzarət və sosial şəbəkələrdə aksiyaların keçirilməsinə dair büdjənin müəyyənləşdirilməsi, büdjə xərcləri hesabatının aparılması  - Hər ay restoran daxili sorğuların keçirilməsi və həmin sorğuların nəticələrinə dair hesabatın hazırlanması  - Müştərilər tərəfindən olan şikayətlərə ciddi nəzarət (sosial şəbəkələrdə, telefonla zənglər, anket-sualçıda olan şikayətlər)  - Müştərinin şikayətinə dərhal reaksiya vermək və rəhbərliyə həmin şikayət barədə məlumat vermək  - Bütün rəqib - restoranların sosial şəbəkələrdə olan abunəçi- səhfə sayının statistikasını aparmaq  - Restoran menyusuna nəzarət (yeniliklərin əlavə edilməsi, menyunun vəziyyətinə nəzarət, restoranların yeni menyularla vaxtında təşhiz edilməsi)  - İş qrafiki Bazar etrəsi – Cümə saat 10:00-dan 19:00-dək, Şənbə günü saat 10:00-dan 17:00-dək  - Bazar - istirahət günüdür Namizədə tələblər - Yaş həddi : 25-40  - Ali təhsil  - Ən azı 3 il iş təcrübəsi  - Dil biliklrəri: Azərbaycan dili, Rus Dili, İnglis dili  - Kompyuter bilikləri MS Office, Power Point



Əlavə məlumat:
  • Əlaqədar şəxs: Aynur x
  • Vəzifə: Marketinq meneceri
  • E-mail: hr@papajohns.az
  • Telefon 1: (050) 229-97-02
  • Şirkətin adı: Papa John`s Azerbaijan
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Təhsil: Ali