Sürücü-ekspeditor - 300 - 500 AZN Global Trading Company MMC / İŞ - Vakansiyalar - Elanlar

Sürücü-ekspeditor - 300 - 500 AZN Global Trading Company MMC



Vakansiya / Xidmət / Digər Xidmət
7 avqust 2017 в 22:29 | 63 | Azərbaycan / Bakı

Xidmətin seçimi

İş barədə məlumat - Rəhbərliyin həvalə etdiyi işləri yerinə yetirir  - Müşayiətedici sənədlərə uyğun olaraq anbarlardan yükləri qəbul edir. Qablaşdırmanın bütövlüyünü, faktura üzrə daşınacaq malların çeşid və miqdarını yoxlayaraq anbardan təhvil alır  - Nəqliyyatın sanitar vəziyyətinə, daşınma üçün təyin olunmuş yükləmə-boşaltma işlərinin düzgünlüyünə, yüklərin qorunmasına və yerləşdirilməsinə nəzarət edir  - Satışa buraxılan məhsulu şirkətin normativ sənədləri ilə müəyyən edilmiş qaydada kateqoriyalara bölünmüş məntəqələr üzrə getmə tezlikləri əsasında pərakəndə və topdan satış məntəqələrinə vaxtlı-vaxtında çatdırılmasını təmin edir  - Gətirilmiş yükü təhvil verir, qəbul-təhvil sənədlərini rəsmiləşdirir. Lazım olduqda çatışmazlıq, korlanma aktlarının və başqa sənədlərin tərtib olunmasında iştirak edir.  Bilməlidir: yükləmə-boşaltma işlərinin təşkilini; yükün qəbulu və təhvili qaydasını; pərakəndə və topdan satış məntəqələrinin ünvanını; ekspeditor yüklərinin nəqli zamanı mühafizə şərtlərini; yüklərin daşınma marşrutlarını; yüklərin qəbulu və yola salınma sənədlərinin forması və onların rəsmiləşdirmə qaydasını; daxili əmək intizamı qaydalarını; əməyin təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını  - Xidmət edilən avtomobilin dəzgah, mexanizm və cihazlarının təyinatı, quruluşu, işləmə prinsipini  - Avtomobilin yol hərəkəti və texniki istismarı qaydasını, hərəkətin təhlükəsizliyinin əsaslarını  - Avtomobilin istismarı prosesində üzə çıxan nasazlıqların əlamətlərini, səbəblərini və təhlükəli nəticələrini, onların aşkar edilib düzəldilməsi üsullarını  - Texniki xidmətin aparılması qaydası və avtomobilin qarajda, açıq dayanacaqlarda mühafizəsi qaydalarını  - Akkumulyator batareyalarının və avtoşinlərin istismarı qaydasını  - Təzə və kapital təmirdən çıxmış avtomobilin sürülüb yoxlanılması, tez korlanan və təhlükəli yüklərin daşınması qaydasını  - Əmək haqqı: əmək haqqı və bonus  - İş vaxtı: 09:00 - 18:00 Namizədə tələblər - Ali və orta təhsil  - İki il iş təcrübəsi  - Cinsi: kişi  - Sürücüluk vəsiqəsinin kateqoriyası: BC



Əlavə məlumat:
  • Əlaqədar şəxs: Ramil Kamilli
  • Vəzifə: Sürücü-ekspeditor
  • E-mail: info@gtc.com.az
  • Telefon 1: (050) 666-68-02
  • Şirkətin adı: Global Trading Company MMC
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Təhsil: Orta