Satış üzrə mütəxəssis - Debet Uniform MMC - 700 azn / İş elanları - Vakansiyalar - Elanlar

Satış üzrə mütəxəssis - Debet Uniform MMC - 700 azn




Xidmətin seçimi

İş barədə məlumat - Satış və marketinq şöbəsinin müdirinin tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək - Sərgi salonuna gələn müştəriləri qarşılamaq və onları yola salmaq  - Sərgi salonunda malların səliqəli düzülüşünü, təmizliyini və keyfiyyətini təmin etmək, eləcə də nəzərdə tutulan malların sərgi salonunda mövcudluğunu yoxlamaq  - Müştərilərin verdiyi sifarişləri qəbul etmək - Müştərilər üçün geyimlərin qiymət təkliflərini hazırlamaq  - Sifarişə uyğun sənədlərin (müqavilə, hesab-faktura, qaimə-faktura, elektron-vergi hesab-faktura) hazırlanması üçün ümumi işlər üzrə mütəxəssisə və maliyə şöbəsinə sorğu göndərmək - Sifarişlərin məlumat bazasına daxil edilməsi, onların nəzarətdə saxlanılması və izlənilməsi - Malların sifarişçiyə çatdırılması işinin təşkil edilməsi  - Sifariş vaxtı müştərilərlə məsləhət işləri aparmaq, müştərilərin sifariş etmək istədikləri geyimlərin tətbiq ediləcəyi sahəni müəyyənləşdirmək, bu sahə üzrə müştərilərin sifariş edəcəyi geyimlərin təyinatı, onların istifadə və saxlama qaydaları haqqında məsləhət vermək - MMC-nin təqdim etdiyi bütün malların xüsusiyyətləri və qiymətləri haqqında məlumatlı olmalıdır Namizədə tələblər - Cinsi: Kişi  - Təhsil Ali (müvafiq sahədə olması arzuolunandır)  - Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərini əla səviyyədə bilməlidir  - MS Office və 1C proqramlarnıı əla səviyyədə bilməlidir CV-lərinizi hr@debet.az ünvanına göndərməyiniz xahiş olunur.



Əlavə məlumat:
  • Əlaqədar şəxs: Debet Uniform
  • Vəzifə: Satış üzrə mütəxəssis
  • E-mail: hr@debet.az
  • Telefon 1: (012) 379-89-53
  • Şirkətin adı: Debet Uniform MMC
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Təhsil: Ali