Hüquqşünas - Business Service Center Ltd - 700 azn / İş elanları - Vakansiyalar - Elanlar

Hüquqşünas - Business Service Center Ltd - 700 azn



İş elanları / Hüquqşünaslıq / Hüquqşünas
29 fevral 2016 в 22:36 | 647 | Azərbaycan / Bakı

Xidmətin seçimi

İş barədə məlumat - Kadr sənədləşməsinin işlərinin aparılmasına dair hüquqi rəylər verir və lazımı məsələlər üzrə araşdırmalar aparır  - Əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən müəssisə, idarə və təşkilatlarda işçilərin işə qəbulu, işdən çıxarılması, bir iş yerindən başqasına keçirilməsi, vəzifəsinin böyüdülməsi, mükafatlandırılması, kadrların ixtisasının artırılması, məzuniyyətin verilməsi və s. işləri yerinə yetirir  - İşçilərin şəxsi işlərini aparır, formalaşdırır,kadrlar üzrə cari və perspektiv planları işləyib hazırlayır  - Müəssisə, idarə və təşkilatların kadrlara olan tələbatı haqqında lazımi yerlərə məlumat verir  - İxtisas və attestasiya komissiyalarına lazım olan materialları hazırlayır, attestasiya komissiyasının işində bilavasitə iştirak edir  - İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparır, məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istifadə edilməsinə nəzarət edir  - Şəxsi işlərin arxivini aparır, vaxtı keçmiş işlərin dövlət arxivinə verilməsini təşkil edir  - Kadrlar üzrə hesabatların tərtib və tələb olunan yerə vaxtında təqdim edilməsinə rəhbərlik edir  - Müəssisə, idarə və təşkilatlarda verilmiş əmr və göstərişlərin layihələrinin yuxarı təşkilatın göstərişlərinə uyğun olub-olmadığını yoxlayır  - İcrası tələb olunan tapşırıqlar üzrə nəzarəti həyata keçirir, onların yerinə yetirilməməsi səbəblərini araşdırır və lazımi tədbirlər görür

 

Namizədə tələblər - Yaş 23-35  - Ali Hüquqi Təhsil (Magistr təhsili olanlara üstünlük verilir)  - İngilis və rus dillərini yüksək səviyyədə bilməli (Əlavə dil bilgisi üstünlükdür)  - Xaricdə təhsil alanlara üstünlük veriləcəkdir  - Ünsiyyat qurmaq bacarığı  - İş təcrübəsi: 1-3 il

 

Xahiş edirik, maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Kadr sənədləşməsi üzrə hüquqşunas" sözünü qeyd etməklə hr@bsc-group.az elektron poçtuna göndərsinlər. 

 



Əlavə məlumat:
  • Əlaqədar şəxs: Lamiyə Hüseynova
  • Vəzifə: Hüquqşünas
  • E-mail: hr@bsc-group.az
  • Telefon 1: (012) 493-32-05
  • Şirkətin adı: Business Service Center Ltd
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Təhsil: Ali