Dekorator-konstruktor - 1000 - 1300 AZN “Amapola Exclusive Events” MMC / İŞ - Vakansiyalar - Elanlar

Dekorator-konstruktor - 1000 - 1300 AZN “Amapola Exclusive Events” MMC



Vakansiya / Satış / Satış üzrə mütəxəssis
5 oktyabr 2017 в 21:16 | 69 | Azərbaycan / Bakı

Xidmətin seçimi

İş barədə məlumat - Şirkətə gələn sifarişlər əsasında müştərilərin əsas tələblərinin öyrənilməsi, müştərinin ehtiyaclarına və gözləntilərinə əsasən dizayn konsepsiyasının düşünülməsi  - Verilmiş təlimatlar və informasiya əsasında, dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi  - Konsepsiya üzrə işlənilməli taxta, dəmir və s. materialların düzgün seçilməsi və konsepsiyaya uyğun işlənilməsini təmin etmək  - Layihənin icrası üçün şirkətin resurslarının dəyərləndirilməsi, layihə üzrə işləyəcək komandanın müəyyənləşdirilməsi, ehtiyac yaranarsa kənardan podratçı cəlb etmək imkanlarının araşdırılması və Təşkilati işlər üzrə menecerə bildirilməsi  - Dizayn qrupunun üzvlərinə lazımı təlimatların verilməsi, dizayn qrupunun iş planının hazırlanması  - Dizayn qrupunun işinin koordinasiya edilməsi  - Dizayn layihələrinin hazırlanması və icrasına nəzarət edilməsi, yaradıcı işlərin əsas ideya və konsepsiyasının təyin edilməsi, maket və ya eskizlərin hazırlanması  - Bütün dizayn qərarlarının, eləcə də, rəhbərlikdən və müştəridən gələn düzəlişlərin icrasına nəzarət edilməsi  - İş prosesi zamanı qarşıya çıxan maneələrin həll edilməsi və öz səlahiyyətləri daxilində qərarların verilməsi  - İş vaxtından səmərəli istifadə və iş gününün dəqiq planlaşdırılması  - Mütəmadi olaraq, işlərin statusu ilə bağlı rəhbərliyə məlumat vermək və uyğun hesabatların hazırlanması  - Şirkətin üzərinə götürdüyü müxtəlif layihələrdə yaradıcı istiqamətin rəhbəri kimi ona verilən işin yaradıcı konsepsiyasına görə cavabdehlik daşımaq. Namizədə tələblər - Ali təhsil (Rəssamlıq, Dizayn və s. kimi sahələr üzrə)  - Azərbaycan və Rus dillərində tam sərbəst yazı və danışıq qabiliyyətinə malik olmaq (İngilis dili arzuolunandır)  - Müvafiq sahədə 3-5 il iş təcrübəsi  - Kreativlik (yaradıcı potensial)  - CorelDraw və Autocad proqramlarında çalışma bacarığı (3D Max biliyi arzuolunandır)  - Peşəkar təqdimatların hazırlanması bacarıqları  - Dizayn və tərtibat metodları  - Peşəkar keyfiyyətlər və xüsusiyyətlər  - Yüksək idarəetmə, koordinasiya və liderlik bacarıqları ilə bərabər, komanda ilə işləmə bacarığı  - Stress altında çalışma bacarıqları, dəqiqlik, səbrlilik, zamana qarşı həssaslıq  - Diqqətlilik, təşəbbüskarlıq və məsuliyyətlilik  - Şirkətin göstərdiyi xidmətlər ilə bağlı yüksək təqdimetmə və müştərini inandırma bacarığı Göstərilən tələblərə cavab verən namizədlər öz CV və Portfolionu hr@amapola.az elektron ünvanına göndərə bilərlər.  Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Dekorator-konstruktor” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.  Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.



Əlavə məlumat:
  • Əlaqədar şəxs: Günel Əmiraslanova
  • Vəzifə: Dekorator-konstruktor
  • E-mail: g.amiraslanova@amapola.az
  • Telefon 1: (012) 499-72-80
  • Şirkətin adı: “Amapola Exclusive Events” MMC
  • İş təcrübəsi: 1 ildən aşağı
  • Təhsil: Orta