Mexanika mühəndisi - 1000 - 1300 AZN Atena MMC / Pulsuz İş elanları, yeni is elanlari 2018

Mexanika mühəndisi - 1000 - 1300 AZN Atena MMC




Xidmətin seçimi

İş barədə məlumat - Şirkətin bütün maşın və avadanlıqlarının işlək vəziyyətdə olmasının təmin edilməsi  - Mütəmadi olaraq avadanlıqların texniki qulluğunun təmin edilməsi  - Ehtiyyat hissələrinin vaxtında sifarişini və alınmasının təmin edilməsi  - İşlərin planlaşdırılması və müvafiq planın hazırlanması  - Avadanlıqların və qurğuların mexaniki hissələrinin layihəyə uyğun olaraq quraşdırılmasının təşkil edilməsi  - Avadanlıqların quraşdırılması zamanı texnoloji ardıcılığının qorunub saxlanmasının təmin edilməsi  - Quraşdırma işləri zamanı hər hansı bir səbəbdən baş vermiş çatışmamazlıqlar barəsində dərhal birbaşa rəhbərliyin məlumatlandırılması  - İşlərin keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi  - Müvafiq sənədləşmə işlərinin aparılması  - Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlanıb təqdim edilməsi  - Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi  - Əmək müqaviləsi üzrə vəzifə öhdəliklərinin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi Namizədə tələblər - Mühəndis-mexanik ixtisası üzrə müvafiq ali təhsil  - İstehsalat sahəsində müvafiq sahə üzrə minimum 3 il təcrübə (Süd və süd məhsuları üzrə təcrübə üstünlükdür)  - Müvafiq kompüter proqramlarını bilməli (SCADA, AutoCAD, Microsoft Office və s.)  - Hidravlik və pnevmatik qurğular barədə bilik;  - Mexaniki avadanlıqların quraşdırıması, sazlanması və istismara buraxılması qaydalarını bilməli  - Avadanlıqların istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını bilməli  - Montaj və təmir metodlarını bilməli  - Defektlər üzrə cədvəl, pasport, ehtiyat hissələrinin rəsmi albomunu bilməli  - Təlimatların tərtib edilmə qaydasını bilməli  - Avadanlığın təmirdən sonra qəbul və təhvil verilmə qaydasını bilməli  - Stressə davamlı, diqqətli, çevik və məsuliyyətli  - Kollektivdə işləmək bacarığı



Əlavə məlumat:
  • Əlaqədar şəxs: HR
  • Vəzifə: Mexanika mühəndisi
  • E-mail: cv@atena.az
  • Telefon 1: (012) 404-48-40
  • Şirkətin adı: Atena MMC
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Təhsil: Ali