İnşaat mühəndisi - 1000 - 1200 AZN Gidromaşservis QSC / İŞ - Vakansiyalar - Elanlar

İnşaat mühəndisi - 1000 - 1200 AZN Gidromaşservis QSC




Xidmətin seçimi

İş barədə məlumat - Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək  - Təyin edilmiş obyektdə (ərazidə) tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək  - Obyektdə işləyən işçi briqadaları və onların tərkibinə daxil olmayan dəstə və ayrı-ayrı işçiləri təyin etmək, onların istehsalat tapşırıqlarını müəyyənləşdirmək, onlara iş təlimatı keçmək;  - Tikinti işlərinin istehsalıüçün işçilər tərəfindən texnoloji əməliyyatların aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək  - AR Əmək Məcəlləsinə uyğun sənədləşmə  - İş qrafiki: 09:00-dan 18:00-dək  - 6 günlük iş qrafiki, şənbə qısa iş günü Namizədə tələblər - Müvafiq sahədə ali təhsil  - Müvafiq sahədə iş təcrübəsi 5 ildən az olmamaq şərtilə  - Tikinti sahəsində qabaqcıl təcrübə və müasir metodlardan istifadə etmək bacarığı  - İşüçün müvafiq kompyuter proqramlarını bilmək (Word, Excel, AutoCAD və b.) arzu ediləndir  - Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmçinin tikinti istehsalının texnologiya və təşkilini, sahədə işin planlaşdırılması prinsiplərini bilmək  - Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilmək və s CV göndərərkən mövzu yerində vəzifəni qeyd edin vezifə qeyd olunmayan CV-lər baxilmayacag.



Əlavə məlumat:
  • Əlaqədar şəxs: Elnarə x
  • Vəzifə: İnşaat mühəndisi
  • E-mail: hr@gms.az
  • Telefon 1: (050) 240-92-22
  • Şirkətin adı: Gidromaşservis QSC
  • İş təcrübəsi: 5 ildən 10 ilə qədər
  • Təhsil: Ali