Geoloq - 2000 AZN Aran Oil Operating Company / İŞ - Vakansiyalar - Elanlar

Geoloq - 2000 AZN Aran Oil Operating Company




Xidmətin seçimi

İş barədə məlumat - Neft və qaz hasilatı, laya işçi agentin vurulması, neft və qaz yataqlarının kəşfiyyatının başa çatdırılması üzrə cari və prespektiv planların işlənməsində iştirak edir  - Yataqların işlənməsinin layihələndirilməsi, quyuların təmirinin cari və prespektiv planları, quyuların təmirinə sifarişlərin tərtib olunması üçün materiallar hazırlayır  - Neft və qaz yataqlarının işlənmə vəziyyətinə nəzarət edir, yataqların işlənməsinin dövrü təhlilini aparır  - Neft və qaz hasilatı, laya işçi agentin vurulması, quyuların qazılması, geofiziki və hidrodinamiki tədqiqatlar üzrə daxil olan məlumatlar əsasında ilkin sənədləşməni aparır  - Tədqiqat işlərinin yerinə yetirilmə keyfiyyəti və həcminə, əsaslı təmirə, neft, qaz və vurucu quyularda texnoloji iş rejiminə operativ nəzarəti həyata keçirir  - Yeraltı sərvətlərin işlənməsində dağ suxurlarının çıxarılması sənədlərini, geoloji hesabatları, quyuların mədən və geofiziki tədqiqat, kimyəvi təhlil üçün maye nümunələrinin götürülməsi planlarını tərtib edir. Karotaj diaqramlarını işləyir  - Quyu fondunun aylıq təhlilini aparır. Məhsuldar və vurucu quyuların texnoloji iş rejimlərinin, neft və qaz ehtiyatlarının tam çıxarılması üzrə tədbirlərin işlənməsində iştirak edir  - Yataqların işlənməsinin, onların kəşfiyyatının təkmilləşdirilməsi üzrə təkliflər işləyir  - Quyuların qazılmasına geoloji-texniki naryadın geoloji hissəsi üçün ilkin məlumatları hazırlayır  - Öyrənilən iş rayonunun geoloji quruluşunu xarakterizə edən -  - Geoloji materialların təyin olunmuş qaydada uçotu, saxlanması və çoxaldılmasını təşkil edir  - Geoloji səbəblər üzrə quyuların ləğv edilməsi, konservasiyası və qaytarılması üçün sənədləri tərtib edir. İş təcrübəsinin mübadilə edilməsi və kadrların ixtisasının artırılmasında iştirak edir.  - İş qrafiki - 5 günlük, 8 saatlıq iş qrafiki Namizədə tələblər - Neft və qaz olan rayon və yatağın geologiyasını;  - Hasil edilən xammal növünə sənaye tələblərini;  - Quyuların mövcud mədən və geofiziki tədqiqat metodlarını;  - Yataqların işlənməsinin layihələndirilməsi və təhlili metodlarını;  - Quyuların qazılması və istismarı üsüllarını;  - Layların neftveriminin artırılması prinsipi və metodlarını;  - Quyuların qazılması, cari və əsaslı təmiri texnologiyasının əsaslarını  - Iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını  - Geoloji sənədləşmənin tərtib edilmə qaydalarını, qrafiki, geoloji sənədləşmənin qurulması və karotaj materialının emalının prinsip və metodlarını  - Kompüter texnologiyası, rabitə və kommunikasiya vasitələrini  - Karküzarlıq sənədlərin tərtib edilməsi və rəsmiləşdirilməsi qaydalarını  - Sənədlərin və başqa geoloji materialların qeydə alınması və saxlanması qaydalarını  - Əmək qanunvericiliyinin əsaslarını  - Ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyi  - Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydaların  - Öz vəzifəsini yerinə yetirərkən, elektrik avadanlıqları ilə işlədikdə, elektrik təhlükəsizliyi qaydalarına əməl etməsini



Əlavə məlumat:
  • Əlaqədar şəxs: Elmar Əsgərov
  • Vəzifə: Geoloq
  • E-mail: elmar.askerov@zenitharan.az
  • Telefon 1: (012) 488-68-66
  • Şirkətin adı: Aran Oil Operating Company
  • İş təcrübəsi: 5 ildən 10 ilə qədər
  • Təhsil: Ali