Kampaniyalar.com-dan professional təcrübə proqramı

9 noyabr 2019 də 20:01 (до 09.12.2019) 1378 Bakı
Məlumat

Kampaniyalar.com  digital marketinqin bir üst mərhələsində fəaliyyət göstərən veb təşkilatdır.  Digital marketing (SMM, SEO, Email marketing, classifieds) və Copywriting  üzrə karyera qurmaq istəyən  tələbə və ya məzunlara  Kampaniyalar.com  real  təcrübə qazanmaq və öyrənmək  imkanı yaratmağa hazırdır.

Kampaniyalar.com sizə təklif edir:

  • Digital Marketing sahəsində  real təcrübə
  • Sərbəst qrafiklə distant iş imkanı
  • Pulsuz treyninq (SMM, Copywriting və digər internet marketing üsullarını öyrənmək imkanı).
  • Təcrübə müddətini uğurla bitirdikdə sertifikat.

Tələblər:

  • Universitet tələbəsi və ya məzunu olmaq
  • İnternet marketing haqqında baza bilikləri arzuolunandır
  • Ən azı orta səviyyədə ingilis və ya rus dili (ingilis və rus dilini yazılı yüksək səviyyədə bilmək üstünlükdür)
  • Mövcud saytların reklamlarını analiz etməyə həvəsli olmaq

Vəzifə öhdəlikləri:

  • Müxtəlif kateqoriyalardan olan mövcud saytlarda xüsusi təklifləri analiz etmək və ən uyğunlarını seçib Kampaniyalar.com-un müvafiq səhifələrində yerləşdirmək
  • Kampaniyalar.com-un daxili qaydalarına uyğun reklamları yazmaq
  • Axtarış sistemləri, sosial media (facebook, instagram və s.) və müvafiq elanlar saytında müxtəlif kateqoriya/subkateqoriyalar üçün Kampaniyalar.com-un uyğun elanlarını yerləşdirmək

Похожие объявления

Şərhlər
Bu yazı üçün şərh yoxdur. Birinci ola bilərsiniz!

Şərh əlavə edin

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilərlər!

İş elanı və ya cv axtar

')