Sürücü teleb olunur / Pulsuz İş elanları, yeni is elanlari 2018

Sürücü teleb olunur



Vakansiya / Xidmət / Sürücü
2 aprel 2018 в 22:12 | 436 | Azərbaycan / Bakı

Sürücü teleb olunur

Xidmətin seçimi

İş barədə məlumat - Şirkətin təqdim etdiyi sifarişlərə əsasən, avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız idarə etmək və onun düzgün texniki istismarını həyata keçirtmək  - Avtonəqliyyat vasitəsinin təmir və profilaktik işlərinin aparılması ilə bilavasitə məşğul olmaq  - Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək  - Avtonəqliyyat vasitəsinin cari və profilaktik təmirinin, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının keçirilməsini təmin etmək  - İstifadə etdiyi avtonəqliyyat vasitəsinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarət etmək  - İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək  - Əsaslı və/və ya cari təmirdən/profilaktik işlərdən çıxmış avtonəqliyyat vasitəsinin qəbulunda bilavasitə iştirak etmək - Avtonəqliyyat vasitəsinin zəruri ehtiyat hissələri ilə vaxtında təmin olunmasına nail olmaq  - İstifadə etdiyi avtonəqliyyat vasitəsinin sıradan çıxdığı hallarda müvafiq aktların, digər sənədlərin tərtibatında və imzalanmasında iştirak etmək  - İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün vaxtında Şirkətin təsdiq etdiyi formada yol vərəqələrini, habelə yanacaq alınması üçün kartları əldə etmək və təhvil vermək  - İstifadə etdiyi avtonəqliyyat vasitəsinin spidometrinin göstəricilərini müntəzəm olaraq yoxlamaq və qeyd etmək, bu göstəricilərin verilmiş yol vərəqəsinə və yanacaq-sürtkü materiallarının sərfinə uyğunluğunu təmin etmək  - Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək  - İş saatı: 09:00-dan 18:00-dək  - Maaş 400 AZN

Namizədə tələblər - Minium 3-5 il müvafiq təcrübə  - Şirkət sürücüsü kimi təcrübəyə önəm verilir  - Rus və ya İngilis dilini orta dərəcədə bilənlərə üstünlük verilir

CV-lər n.salayeva@pdlworld.com  ünvanına göndərməyiniz xahish olunur(Şəkilsiz cv-lər nəzərə alınmayacaq.) Zəhmət olmasa mailin mövzu yerinə “Sürücü” sözünü yazın. Digər cv-lər nəzərə alınmayacaq.



Əlavə məlumat:
  • Əlaqədar şəxs: Nigar Salayeva
  • Vəzifə: Sürücü
  • E-mail: n.salayeva@pdlworld.com
  • Telefon 1: (012) 497-11-49
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Təhsil: Orta