Tender üzrə mütəxəssis - 1000 - 1200 AZN Azərtunel / Pulsuz İş elanları, yeni is elanlari 2018

Tender üzrə mütəxəssis - 1000 - 1200 AZN Azərtunel




Xidmətin seçimi

İş barədə məlumat - Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi  - Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması  - Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması  - Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması  - Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılması  - İş rejimi: Bazar ertəsi - Cümə, 09:00-dan 18:00-dək

Namizədə tələblər - Ali təhsil (texniki ve iqtisadi sahələrə üstünlük verilir)  - Sahə üzrə ən azı 3 il iş təcrübəsi  - İngilis və Rus dillərini bilməlidir  - Microsoft Office proqramlarını yaxşı səviyyədə bilməlidir  -Tender sənədlərinin hazırlanması və koordinasiyası üzrə dəqiq bilgilərə sahib olmalıdır  - Sifarişçinin tələblərinə əsasən iş həcmi, eskizlər, spesifikasiyalar, istehsalat qrafiki və s. daxil olmaqla mühəndislik sənədlərinin hazırlanması bilməlidir  - Cizgi və layihələri oxuya bilməli və analiz etmə qabiliyyəti olmalı  - Beynəlxalq standartlara əsasən təkliflərin hazırlanması prosesinə və SƏTƏM qaydalarına bələd olmalıdır  - Ehtiyac olduğu təqdirdə müştəri ilə görüşlərdə iştirak etməli

Müraciətlər ilkin olaraq yalnız CV formasında qəbul olunur.



Əlavə məlumat:
  • Əlaqədar şəxs: Sevinc Niftiyeva
  • Vəzifə: Tender üzrə mütəxəssis
  • E-mail: hr@azertunel.com
  • Telefon 1: (012) 370-01-07
  • Şirkətin adı: Azərtunel
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Təhsil: Ali