Mühəndis-elektrik - 500 - 700 AZN `Alora Group` MMC / Pulsuz İş elanları, yeni is elanlari 2018

Mühəndis-elektrik - 500 - 700 AZN `Alora Group` MMC




Xidmətin seçimi

İş barədə məlumat - Mühəndis-elektrik avadanlıqlarının fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını, qənaət rejiminə riayət etməklə enerji ehtiyatlarından səmərəli istifadə olunmasını təmin edir  - Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir  - Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edir  - Texnoloji avadanlıqlarının elektrik hissələrinin, şəbəkənin təmirinin və istismarını təmin etmək  - Enerji qurğularının və enerji avadanlıqlarının əsaslı təmirini təmin etmək  - Elektrik xətlərinin montaj etmək və təmir işlərini həyata keçirmək  - Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət etmək  - Metal emalı sahəsində olan elektrik xətlərində yaranan bütün nasazlıqları vaxtında aradan qaldırmaq  - Yeni quraşdırılan əritmə, soba və s. qurğularına elektrık xəttlərinin çəkilməsi, yararnan nasazlığın aradan qaldırılması təlimatlarını vermək və işə ümumi nəzarət etmək  - İş yeri: Sumqayıt şəhəri ərazisindədir  - İş rejimi: 6 gün, 09:00-dan 18:00-dək  - Bazar günü - istirahət  - Nahar şirkət tərəfindən təmin edilir

Namizədə tələblər - Ali-texniki və ya mühəndis-texniki təhsili  - Müəssisənin profilinə uyğun rəhbər və mühəndis  - Texniki vəzifələrdə ən azı 3-5 il iş stajı  - MS Office proqramlarını bilməli  - Müəssisənin enerji təchizatının təşkilini; elektrik avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini və onların istismarı qaydasını  - Əməyin elmi təşkili tələblərini, istehsalatın, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını bilməlidir  - İdarəetmə qabiliyyəti, ünsiyyət qabiliyyəti və qərar vermə bacarığı olmalı  - Sumqayıt şəhər qeydiyyatı olan namizədlərə daha üstünlük verilir



Əlavə məlumat:
  • Əlaqədar şəxs: HR şöbə müdiri - Rövşən Əliyev
  • Vəzifə: Mühəndis-elektrik
  • E-mail: rovshan.aliyev@alora.az
  • Telefon 1: (051) 332-58-84
  • Şirkətin adı: `Alora Group` MMC
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Təhsil: Ali