Dülgər - 400 - 600 AZN `Fiberstone` MMC / Pulsuz İş elanları, yeni is elanlari 2018

Dülgər - 400 - 600 AZN `Fiberstone` MMC




Xidmətin seçimi

İş barədə məlumat - İstehsalatın qəlib sexi daxilində memar-dizayner tərəfindən verilən rəsm (çertyoj) əsasında taxta kəsimi yerinə yetirilməlidir  - İş vaxt baxımından düzgün, xam və köməkçi mal-materiallar baxımından isə səmərəli təşkil olunmalıdır  - Təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayyət olunmalıdır  - Taxtanın lak-boyalama bacarığı xoş qarşılanır və üstünluk verilir  - İş qrafiki: bazar ertəsi-cümə, 09:00-dan 18:00-dək, şənbə 09:00-dan 15:00-dək

Namizədə tələblər - Hər növ taxta ilə işləmə qabiliyyəti  - Hər növ dülgər dəsqahlarında işləmə qabiliyyəti  - Rəsm(çertyoj) oxuma bacarığı  - Köməkçi və alternativ materialların seçmə bacarığı  - Vəzifəyə uyğun olaraq 3-5 il iş təcrübəsi  - İşin düzgün və planlı şəkildə təşkil etmə bacarığı  - İstehsalatın, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını bilməlidir



Əlavə məlumat:
  • Əlaqədar şəxs: İR mütəxəssisi - Qafar Rəhimov
  • Vəzifə: Dülgər
  • E-mail: q.rahimov@fiberstone.az
  • Telefon 1: (055) 409-34-53
  • Şirkətin adı: `Fiberstone` MMC
  • İş təcrübəsi: 1 ildən aşağı
  • Təhsil: Orta