Mühasib - `Hidro İnşaat Servis` MMC / Pulsuz İş elanları, yeni is elanlari 2018

Mühasib - `Hidro İnşaat Servis` MMC



Vakansiya / Maliyyə / Mühasibat
30 may 2018 в 01:03 | 25 | Azərbaycan / Bakı

Xidmətin seçimi

İş barədə məlumat - Şirkət Musahib axtarır  - Pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək  - İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək  - Qanunvericiliyə uyğun olaraq bütün mühasibat sənədləşdirilməsini aparmaq  - Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabına düzgün əks etdirilməsi  - Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək  - Əlaqədar vəzifə üçün nəzərdə tutulan iş qrafiki saat 09:00-dan 18:00-dək olmaqla həftəlik 6 gündür  - İstirahət günü bazar günüdür  - Günorta yeməyi şirkət tərəfindən qarşılanır  - Net maaş müsahibə qiymətləndirmə nəticələrindən asılı olaraq 700-1100 AZN arasında bir qiymətdə olacaq

Namizədə tələblər - Ali iqtisadi təhsil  - Mühasib kimi ən az 1 illik iş təcrübəsi, tikinti sahəsində olanlara üstünlük verilir - Beynəlxalq mühasibatlıq imtahanlarından keçənlərə vəya bilikləri olanlara üstünlük verilir  - Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı olmalı  - MS Office proqramlarını (xüsusən Excel) yaxşı səviyyədə bilməli, ERP proqramları (xüsusən Logo Unity) bilənlərə üstünlük verilir  - Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti  - Dəqiqlik, dürüstlük, məsuliyyətlilik, özünü inkişaf etdirmə, işin tələb olunan vaxtda yerinə yetirilməsi, stressə davamlı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini recruiter@hidro-insaat.com elektron ünvanına, mövzu hissəsində vəzifənin adını qeyd edərək göndərə bilərlər. Diqqətinizə çatdırlır ki; bütün müraciətlərə ayrı ayrı, diqqətlə baxılır və bütün namizədlərə ədalətli və bərabər imkanlar verilir. Elanda göstərilən xüsusiyyətlərə ən yaxın namizədlərlə əlaqə saxlanılır. Digər namizədlərin CV- ləri isə daha uygun vakansiyalarda dəyərləndirilmək məqsədilə portala əlavə edilir.



Əlavə məlumat:
  • Əlaqədar şəxs: HIS İnsan Resursları
  • Vəzifə: Mühasib
  • E-mail: recruiter@hidro-insaat.com
  • Telefon 1: (012) 464-86-60
  • Şirkətin adı: `Hidro İnşaat Servis` MMC
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Təhsil: Ali