Maliyyə menecerinin köməkçisi - Zeta Group / Pulsuz İş elanları, yeni is elanlari 2018

Maliyyə menecerinin köməkçisi - Zeta Group



Vakansiya / Maliyyə / Maliyyə analiz
30 may 2018 в 01:26 | 130 | Azərbaycan / Bakı

Xidmətin seçimi

İş barədə məlumat - Müəssisənin maliyyə strateji planın həyata keçirilməsi və büdcəsininin hazırlanmasında yaxından iştirak etmək  - Maliyyə üzrə bütün layihələri istiqamətləndirərək, nəzarət edilməsi və bir-biri ilə əlaqələndirilməsində iştirak etmək  - Müəssisənin bütün aktiv və passivlərinin idarəedilməsi üzrə müəssisədaxili qaydaların işlənib hazırlanması və rəhbərliyə təqdim edilməsində iştirak etmək  - Perspektiv və cari maliyyə planlarının, proqnozlaşdırılmış balans və pul vəsaitlərinin hərəkətinin layihələşdirilməsi və düzgün xərclənməsinə nəzarət edilməsində iştirak etmək  - Dövriyyə vasitələrinin normativlərinin işlənib hazırlanması, sürətləndirmək məqsədi ilə əlaqəli tədbirlərin görülməsi  - Müəssisənin fəaliyyətinin maliyyə nəticələrini tənzim etmə üsullarını işləyib hazırlamaq (məhsulun maya dəyəri, elementlərin formalaşmasının optimal variantlarının müəyyən olunması, xərclərin bölüşdürülməsi, qiymət qoyma və s.)  - Müəssisənin maliyyə-iqtisadi nəticələrinin makro-iqtisadi cəhətdən təhlil etmək  - Kommersiya müəssisələri, kredit və lizinq təşkilatları və digər təşkilatlar ilə işgüzar əlaqələrin qurulmasını təmin etmək  - Müəssisənin öhdəlikləri üzrə bütün ödəmə sənədlərin təsdiq olunmasına nəzarət etmək  - Müəssisənin investisiya siyasətinin və aktivlərin idarəolunmasının həyata keçirilməsi, onların optimal strukturunun müəyyən edilməsi, aktivlərin dəyişdirmə və ləğv edilmə təklifinin hazırlanması,qiymətli kağız portfelinin idarə olunması  - Gəlirlərin vaxtlı vaxtında daxil olmasının və borcların ödənilməsinin təmin edilməsi  - Müəssisə və maliyyə-hesablaşma əməliyyatlarının təyin olunmuş vaxt çərçivəsində rəsmiləşdirilməsi  - Tədarükçülərin və podradçıların hesablarının ödənilməsininin təmin edilməsi  - Satılmış və göstərilmiş xidmətlərdən mənfəətin hesablanmasına, əsas vəsaitlərin istifadəsinə, həmçinin bilavasitə müəssisənin əsas fəaliyyəti ilə bağlı olmayan əməliyyatların xərclərinin aparılmasına nəzarət edilməsi  - Mənfəət və digər vergilərin hesablanması, vergilərin minimallaşdırılmasının planlaşdırılması və idarə olunması, dövlət və yerli büdcələrə vergi və rüsumların köçürülmələri və s. kimi işlərin aparılması  - Hesabat sənədlərinin düzgün tərtib olunmasını və tərkibində olan məlumatın doğruluğunun təmin etmək  - İş qrafiki: həftənin 5 günü  - İş saatları: 09:00-dan 18:00-dək  - İş yeri baş ofis

Namizədə tələblər - Maliyyə sahəsində ali təhsil;  - Müvafiq təcrübə (minimum üç illik)  - Büdcələşma və planlama üzrə biliklər  - Beynəlxalq Maliyyə Hesabatlılğı Standartları (İFRS), ACCA , CIMA, CFA üzrə biliklər



Əlavə məlumat:
  • Əlaqədar şəxs: Günel İsgəndərli
  • Vəzifə: Maliyyə menecerinin köməkçisi
  • E-mail: cv@zeta.az
  • Telefon 1: (012) 404-13-38
  • Şirkətin adı: Zeta Group
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Təhsil: Ali