Maliyyə meneceri - Arsenal Group / Pulsuz İş elanları, yeni is elanlari 2018

Maliyyə meneceri - Arsenal Group



Vakansiya / Maliyyə / Maliyyə analiz
30 may 2018 в 01:27 | 31 | Azərbaycan / Bakı

Xidmətin seçimi

İş barədə məlumat - Müəssisənin maliyyə strateji planın həyata keçirilməsi və büdcəsininin hazırlanmasında yaxından iştirak edilməsi, həmçinin büdcənin icrasına nəzarət edilməsi  - Həvalə edilmiş departamentin məqsədlərinin planlaşdırmasının təşkili, nəzarət və müşahidə altında saxlanılması  - Müəssisənin ümumi strateji planı çərçivəsində maliyyə siyasətinin icrasının təmin edilməsi  - Maliyyə üzrə bütün layihələri istiqamətləndirərək, nəzarət edilməsi və bir-biri ilə əlaqələndirilməsi  - Müəssisənin bütün aktiv və passivlərinin idarəedilməsi üzrə müəssisədaxili qaydaların işlənib hazırlanması və rəhbərliyə təqdim edilməsi  - Perspektiv və cari maliyyə planlarının, proqnozlaşdırılmış balans və pul vəsaitlərinin hərəkətinin layihələşdirilməsi və düzgün xərclənməsinə nəzarət edilməsi  - Dövriyyə vasitələrinin normativlərinin işlənib hazırlanması, sürətləndirmək məqsədi ilə əlaqəli tədbirlərin görülməsi  - Müəssisənin fəaliyyətinin maliyyə nəticələrini tənzim etmə üsullarını işləyib hazırlayır (məhsulun maya dəyəri, elementlərin formalaşmasının optimal variantlarının müəyyən olunması, xərclərin bölüşdürülməsi, qiymət qoyma və s.)  - Müəssisənin maliyyə-iqtisadi nəticələrinin makro-iqtisadi cəhətdən təhlil edilməsi  - Müəssisənin ödəmə qabiliyyətinin təmin edilməsinə, istifadə olunmayan maddi-texniki vəsaitlərin yaranmasının qarşısının alınmasına və ləğv edilməsinə, mənfəətin çoxaldılmasına, xərclərin azaldılmasına və maliyyə intizamının gücləndirilməsinə yönəldilməsi  - Kommersiya müəssisələri, kredit və lizinq təşkilatları və digər təşkilatlar ilə işgüzar əlaqələrin qurulması  - Müəssisənin öhdəlikləri üzrə bütün ödəmə sənədlərin təsdiq olunması  - Müəssisənin investisiya siyasətinin və aktivlərin idarəolunmasının həyata keçirilməsi, onların optimal strukturunun müəyyən edilməsi, aktivlərin dəyişdirmə və ləğv edilmə təklifinin hazırlanması,qiymətli kağız portfelinin idarə olunması  - Gəlirlərin vaxtlı vaxtında daxil olmasının və borcların ödənilməsinin təmin edilməsi  - Müəssisə və maliyyə-hesablaşma əməliyyatlarının təyin olunmuş vaxt çərçivəsində rəsmiləşdirilməsi  - Tədarükçülərin və podradçıların hesablarının ödənilməsininin təmin edilməsi  - Satılmış və göstərilmiş xidmətlərdən mənfəətin hesablanmasına, əsas vəsaitlərin istifadəsinə, həmçinin bilavasitə müəssisənin əsas fəaliyyəti ilə bağlı olmayan əməliyyatların xərclərinin aparılmasına nəzarət edilməsi  - Mənfəət və digər vergilərin hesablanması, vergilərin minimallaşdırılmasının planlaşdırılması və idarə olunması, dövlət və yerli büdcələrə vergi və rüsumların köçürülmələri və s. kimi işlərin aparılması  - Hesabat sənədlərinin düzgün tərtib olunmasını və tərkibində olan məlumatın doğruluğunun təmin edilməsi  - Şirkətin digər daxili təlimat və qaydaları ilə müəyyən olunan vəzifələr  - Tam iş günü, iş qrafiki I-VI günlər, bazar günü istirahət  - Şirkət hesabına nahar  - Əmək haqqı: 1200 AZN

Namizədə tələblər - Maliyyə resurslarının paylanma qaydalarını, maliyyə qoyuluşlarının effektivliyinin müəyyən edilməsini bilməli  - Maliyyə nəzarətin prinsiplərini bilməli  - Maliyyə hesablaşmalarının qayda və üsullarını bilməli  - Vergi qoymanın prinsip və metodlarını bilməli  - Vergi və rüsumların ödəmə üsullarını bilməli  - Vergi sistemini bilməli  - Maliyyə fəaliyyətinin təhlili və idarəedilməsi  - Müvafiq sahədə ən azı 3 il təcrübə  - Analitik düşünmə, tez qərar qəbul etmək qabiliyyəti  - Əməkdaşları motivasiya və inkişaf etdirmə qabiliyyəti  - Təhsili: Ali təhsil, (iqtisadi, maliyyə, marketinq və oxşar fakultə)  - Dil bilikləri: Azərbaycan, Rus və İngilis dili, (İngilis və Rus dillərində İşgüzar yazışma təcrübəsi mütləqdir)  - Qoyulmuş məslələrlə bağlı məqsədlərə nail olmaq  - Kompüter bilikləri: MS Ofice, Outlook, 1 C

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə " Maliyyə Meneceri" yazaraq cv@arsenalgroup.az ünvanına göndərilməsi xahiş olunur.



Əlavə məlumat:
  • Əlaqədar şəxs: Aygün Ramazanova
  • Vəzifə: Maliyyə meneceri
  • E-mail: cv@arsenalgroup.az
  • Telefon 1: (012) 541-26-11
  • Şirkətin adı: Arsenal Group
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Təhsil: Ali