Pərakəndə Satış Müdiri - Baku Electronics / Pulsuz İş elanları, yeni is elanlari 2018

Pərakəndə Satış Müdiri - Baku Electronics



Vakansiya / İnzibati / Menecment
3 iyun 2018 в 02:01 | 76 | Azərbaycan / Bakı

Xidmətin seçimi

İş barədə məlumat - Pərakəndə Satış Müdiri şöbəsinin strategiyasına və gündəlik fəaliyyətinə nəzarəti həyata keçirir  - Bu vəzifədə o, həm də yerli bazarda Şirkətin mövqeyini üstün tutulan bir məkan kimi müəyyən etməkdən ötrü satış, ictimai əlaqələr, gəlirlərin idarəedilməsi strategiyasının planlaşdırılmasına və tətbiqinə cavabdehdir  - Pərakəndə Satış şöbəsi ilə bağlı bütün fəaliyyəti istiqamətləndirmək və idarə etmək, habelə bütün xidmət standartlarına riayət edilməsini təmin etmək.  - Bütün satış əməkdaşlarının fərdi hədəflərə nail olmalarına cavabdehlik daşımaq.  - Şirkət üçün bütün satış və marketinq təşəbbüslərini istiqamətləndirmək  - Seqment fəaliyyəti planlarının işlənib hazırlanmasına göstəriş və istiqamət vermək  - Aparıcı bazar seqmentlərinin hesab menecmentinə cavabdehlik daşımaq  - Aylıq, rüblük və illik əsaslarda satış hədəflərinə nail olunmasını təmin etmək  - Satışın ümumi mədaxil hədəflərini nəzərdən keçirmək  - Satış tədbirlərində iştirak etmək.  - Hər hansı həvəsləndirici satış proqramlarını idarə etmək  - İllik büdcəni təsdiq üçün hazırlamaq və onu maliyyə cəhətdən məsuliyyətlə idarə etmək  - İnzibati və işçi ehtiyaclarını balanslaşdırmaq  - İş qrafiki: 5 gün, 09:00-dan 18:00-dək

Namizədə tələblər - Azərbaycan, İngilis və Rus dillərini (yazılı və şifahi) əla səviyyədə bilmək  - Microsoft Windows proqramları ilə işləmək bacarığı  - Ali təhsil  - Əla yazılı və şifahi ünsiyyət bacarıqlarına malik olmaq  - Fərdi söhbət və problemi həlletmə bacarıqlarına malik olmaq  - Yüksək dərəcədə məsuliyyətli və etibarlı olmaq

Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV-lərini (hr@bakuelectronics.az) elektron poçtuna göndərməlidir.  "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunması mütləqdir.



Əlavə məlumat:
  • Əlaqədar şəxs: Fəridə Tahirova
  • Vəzifə: Pərakəndə Satış Müdiri
  • E-mail: hr@bakuelektronics.az
  • Telefon 1: (012) 143
  • Şirkətin adı: Baku Electronics
  • İş təcrübəsi: 5 ildən 10 ilə qədər
  • Təhsil: Ali