İnsan Resursları şöbəsinin müfəttişi - Koroğlu / Pulsuz İş elanları, yeni is elanlari 2018

İnsan Resursları şöbəsinin müfəttişi - Koroğlu



Vakansiya / İnzibati / Katibə / Resepşn
5 iyun 2018 в 01:48 | 197 | Azərbaycan / Bakı

Xidmətin seçimi

İş barədə məlumat - Əmək müqavilələrini hazırlayır  - Əmək kitabçalarının, şəxsi işlərin aparılması və qorunmasını, pensiyaların təyin edilməsi üzrə lazımi sənədlərin tərtib edilməsini təmin edir,  - Müqavilələri (www.e-gov.az) sisteminə daxil edir  - İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işləyir, lazımi dəyişiklikləri daxil edir  - İşçilərin şəxsi işlərini formalaşdırır və qeydiyyatını aparır  - əmək kitabçalarını əmrlər əsasında doldurur  - Məzuniyyət qrafikininin və cədvəlininin tərtibini, işçilərin məzuniyyətə həmin cədvəl və qrafik əsasında getmələrini  - İşçilərin istifadə etdiyi məzuniyyətləri uçota alınmasını təmin edir  - Kadr sənədləşməsinə mütəmadi nəzarət edir  - İş fəaliyyəti ilə bağlı vaxtaşırı birbaşa şöbə rəisinə hesabat hazırlayıb təqdim edir  - Kadrlar üzrə hesabatları tərtib edir  - Qanunvericilikdən irəli gələn digər işləri və şöbə rəisinin göstərişlərini yerinə yetirir

Namizədə tələblər - Cinsi - xanım  - Yaş həddi 22-32  - Azərbaycan və rus dilində sərbəst danışmaq  - Qeyd olunan sahə üzrə (1- 3) il iş təcrübəsi  - Səliqəli, punktual, xoş görünüşlü  - Güclü ünsiyyət və danışıq qabiliyyəti  - İşində məsuliyyətli və dəqiq olmalı  - Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı - Elektron hökümət portalından sərbəst istifadə bacarığı  - Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı  - Əla səviyyədə kompüter bacarıqları ( MS Word, Excel, İnternet və s.)

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “ İRŞ müfəttişi ” qeyd edərək öz CV-lərini fotoşəkil ilə birlikdə hr@koroglu.az elektron ünvanına göndərmələri xahiş olunur.



Əlavə məlumat:
  • Əlaqədar şəxs: Asif Vəliyev
  • Vəzifə: İnsan Resursları şöbəsinin müfəttişi
  • E-mail: hr@koroglu.az
  • Telefon 1: (012) 425-16-29
  • Şirkətin adı: Koroğlu
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Təhsil: Ali