Yük Gömrük Bəyənnaməçisi - Sinteks / Pulsuz İş elanları, yeni is elanlari 2018

Yük Gömrük Bəyənnaməçisi - Sinteks



Vakansiya / İnzibati / Ofis menecmenti
5 iyun 2018 в 02:04 | 133 | Azərbaycan / Bakı

Xidmətin seçimi

İş barədə məlumat - Logistika üzrə administratorlar tərəfindən təqdim edilmiş / Gömrük məlumat bazasında olan sənədlərin yoxlanılması  - Malların tarif kodlaşdırma sisteminə uyğun olaraq təsnifləndirməsi  - Mallar haqqında məlumatların nizamlamalara uyğunluğunun yoxlanılması  - Logistika üzrə menecerin təsdiqi ilə, vəkillik səlahiyyətlərindən istifadə edərək gömrük rəsmiləşdirməsi üzrə administrator adından müvafiq sənədlərin imzalanması  - Vergi və tarif ödənişlərinin düzgünlüyünün yoxlanılması  - İdxal/ixrac haqqında qanunlarına və nizamnamələrinə edilən dəyişikləri müvafiq ədəbiyyatlara müraciət edərək mütəmadi olaraq izləmək, gömrük nizamlamalarına aid yeniliklərdən xəbərdar olmaq  - Müvafiq sənədlərin (fakturaların, mənşə sertifikatların, müqavilələrin, biletlərin və s.) tələb edilməsi  - Lazımi sənədlərin Gömrük məlumat bazasına yerləşdirilməsi  - Yazılı məlumatların düzgünlüyünün yoxlanılması (müqavilənin tarixi, ödəniş növü, gömrük vergiləri, aksizlər və s.)  - Göndərişlərin, çatdırılma müddətlərinin, nəqliyyat xərclərinin və səmərəliliyin mütəmadi olaraq izlənilməsi

Namizədə tələblər - Azərbaycan Respublikasının Gömrük qanunvericiliyinin əla səviyyədə bilmək, elektron məlumat bazasında (asan imza) bəyannamələrlə işləmək təcrübəsinin olması, Incoterms haqqında biliklərin olması  - Bəyannamələrinin növləri/rejimlərinin haqqında biliklərin olması  - HS kodlaşdırma haqqında biliklərin və malları təsnifləndirmə bacarığının olması  - Azərbaycan, Rus və İngilis dillərini yaxşı səviyyədə bilmək - Office proqramlarının yaxşı səviyyədə bilmək  - Gömrük/Maliyyə/Təchizat zəncirinin idarəedilməsi/Logistika üzrə ali təhsil  - Gömrük rəsmiləşdirilməsində/bəyannamələrin tərtibatı üzrə ixtisaslaşmanın olması  - Gömrük rəsmiləşdirilməsində/bəyannamələrin tərtibatı üzrə müvafiq sertifikatların olması  - Bəyannamələrin tərtibatı üzrə azı 1 il iş təcrübəsinin olması  - Pərakəndə satış sahəsində müvafiq təcrübənin olması  - Müxtəlif nəqliyyat vasitələri ilə (hava, dəniz, yük maşını, konteyner və s.) çatdırılan mallar üçün bəyannamələrim tərtibatında təcrübənin olması



Əlavə məlumat:
  • Əlaqədar şəxs: Nərmin Babayeva
  • Vəzifə: Yük Gömrük Bəyənnaməçisi
  • E-mail: recruitment@sinteks.com
  • Telefon 1: (050) 295-89-07
  • Şirkətin adı: Sinteks
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Təhsil: Ali