Satış təmsilçisi - Sham-Fi International Trading Company / Pulsuz İş elanları, yeni is elanlari 2018

Satış təmsilçisi - Sham-Fi International Trading Company




Xidmətin seçimi

İş barədə məlumat - Qarşısına qoyulan hədəfləri, satış planını yerinə yetirmək və bu hədəflərə çatmaq üçün təkliflər vermək, yeni müştəriləri cəlb etmək  - Müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək, müştərilərə yüksək səviyyəli xidmət göstərmək, onlara məhsul seçimi üçün optimal şərait yaratmaq, məhsullar üzrə məsləhətlər vermək, alış üçün seçim variantları təklif etmək  - Kollektivdə mehriban və məsuliyyətli olmaq, komanda işi nümayiş etdirmək  - Məhsulun istifadə müddətinə nəzarət etmək  - Gündəlik və aylıq hesabat aparmaq  - Müdiriyyətin tapşırıqlarını yerinə yetirmək  - Həftədə 6 iş günü, bazar günü istirahət

Namizədə tələblər - Ali təhsil  - Sürücülük vəsiqəsi B  - Şəxsi avtomobil mütləqdir  - Səliqəli xarici görünüş, nəzakətli danışıq, yüksək dərəcədə inandırmaq qabiliyyəti  - Azərbaycan dilində səlis danışıq (rus dili biliyi üstünlükdür)  - Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq  - Öyrənməyə həvəsli

Maraqlanan şəxslər CV formalarını hr@sham-fi.az mail ünvanına göndərə bilərlər. Mövzu yerində vakansiyanın adını qeyd etmək tələb olunur.



Əlavə məlumat:
  • Əlaqədar şəxs: A.İsmayılov
  • Vəzifə: Satış təmsilçisi
  • E-mail: hr@sham-fi.az
  • Telefon 1: (012) 448-02-73
  • Şirkətin adı: Sham-Fi International Trading Company
  • İş təcrübəsi: 1 ildən aşağı
  • Təhsil: Ali