Layihə Meneceri Assistenti / Pulsuz iş elanlari 2019 | Yeni vakansiyalar
Layihə Meneceri Assistenti


Vakansiya / Marketinq / Marketinq menecment
5 aprel 2019 в 11:54 | 38 | Azərbaycan / Bakı

Xidmətin seçimi

Konsisin əsas fəaliyyət göstərdiyi sahələr Konfransların təşkili, konfrans avadanlığının icarəsi, sinxron tərcümə avadanlığının icarəsi, yazılı və şifahi tərcümə, o cümlədən müxtəlif qısa və uzunmüddətli Avropa və ABŞ layihələridir. Konsisin müştəri portfelini nəzərə alaraq Layihə Meneceri pozisiyasına müraciət edən namizədlər İngilis dilini bilməli, kompyuterdən sərbəst istifadə edərək internetdə axtarış motorlarından, ofis proqramlarından istifədəni sərbəst bilməlidirlər. Bakalavr təhsili mütləqdir.

Yaş 25-45

Konsisdə Layihə Meneceri Assistenti müştərilərlə işləyir. Layihə Menecerinə sifarişlərin icrası prosesində dəstək olur, podratçılarla işləyərək sifarişlərin icrasına nəzarət edir, müştəri sifarişlərinin və subpodrat verilən işlərin hesabatını aparır. Müştəri görüşlərində Layihə meneceri ilə birlikdə iştirak edir, müəyyən vaxt keçdikdən sonra mustəqil olaraq müştərilərin işlərinin icrasını həyata keçirir. Sifarişlərin sənədləşmə işlərini aparır. Görülən işlər haqqında Layihə Menecerinə və Rəhbərliyə hesabatlar hazırlayır.



Əlavə məlumat: