İT specialist / İş elanları - Vakansiyalar - Elanlar

İT specialist




Xidmətin seçimi

1968-1978-ci illərdə Bakı şəh. 27  №-li orta təhsilli məktəbi bitirmişəm.

1978-1983-cü illərdə Azərbaycan Neft Akademiyasının, Energetika fakultəsimin Elektroprivod və sənayyenin avtomatlaşdırıması ixtisası üzrə ali təhsil almışam. Ali təhsil aldıqdan sonra ehtiyyatda olan zabitlərin rabitəçi ixtisası üzrə kursunu bitirmişəm və ilkin “Leytenant” zabit hərbi rütbəsini almışam.

1984-1986-ci illərdə Azsvetmet Birliyinin Layihə-smeta bürosunda mühəndis-elektrik vəzifəsində işləmişəm.

1986-1994-cü illərdə Proqramla idarə olunan metalkəsmə dəzgahlarının Bakı texniki xidmət mərkəzində calışmışam, son vəzifəm aparıcı mühəndis-elektronşik, sazlayıcı olmüşdur.

Öz arzum ilə 10.1994-cü il tarixdə həqiqi hərbi xidmətə getmişəm və 05.2016-cs il tarixədək Dövlət Sərhəd Xidməti – Sərhəd Qoşunlarında zabit qismində xidmət etmişəm. Son vəzifəm Rabitə və xüsusi texnika bölməsinin rəisi olmuşdur. Hərbi rütbəm polkovnik-leytenantdır. May 2016-cı il tarixdə “yaşa görə” həqiqi hərbi xidmətdən tərxis olmuşam.

Həm mülki həyatda həm də hərbi xidmət keçərkən ixtisasım üzrə çalışmışam. Belə ki, daima elektron texnika ilə məşğul olmuşam. 1986-1994-cü illərdə Proqramla idarə olunan metalkəsmə dəzgahlarının Bakı texniki xidmət mərkəzində calışarkən Respublikanın və keçmiş sssri-nin müxtəlif Maşınqayirma zavodlarında, o cümlədən Müdafiə Sənayesi təyinatı olan mühəssisələrdə dəzgahların sazlanması və onlara texniki xidmət göstərməklə işlər görmüşəm.

Yuxarıda göstərilənləri nəzərə alaraq, yəni - həm keçmiş hərbiçi, həm mühəndis-ekektronşik olduğumu nəzərə alaraq bundan sonra da məndə olan təcrübəmi və bacarığımı göstərilən peşədə göstərməyə hazıram. Maraqlı və şərəfli işdə səy və bacarığımı əsirgəməyəcəyəm. Fiziki cəhətdən sağlamam.



Əlavə məlumat: