Ofis Meneceri - `Avrasiya` Tərcümə Mərkəzi / Ish ELANLARI - İŞ yerleri


Vakansiya / İnzibati / Ofis menecmenti
12 iyul 2016 в 17:50 | 1776 | Azərbaycan / Bakı

Xidmətin seçimi

İş barədə məlumat
- Telefon zəngləri ilə əlaqədar vəzifə öhdəlikləri 
- Şirkətə gələn zənglərin cavablandırılması və əməkdaşlarla calaşdırmaq 
- Rəhbərliyin telefon danışıqlarını təşkil etmək, faks mail göndərmək və rəhbərlik olmadığı vaxtda alınan xəbərləri qeyd etmək və aldığı məlumatların məzmununu ona çatdırmaq 
- Şirkətlə əməkdaşlıq edən şirkətlər haqqında məlumat bazasını yaratmaq 
- Müştərilərlə kontaktların qurulması və gələn sifarişlərin Tərcüməçilərə yönəldilməsi 
- Tərcüməçilər arasında sifarişləri düzgün koordinasiya etmək və işin gedişatı ilə mütəmadi maraqlanmaq, rəhbərliyə daim məlumat vermək 
- Şirkətlərlə şirkətin müəyyənləşdirdiyi korporativ yazışma etikası əsasında yazışmalar aparmaq 
- Beynəlxalq yazışmaları aparmaq 
- Daxil olan və çıxan sənədlərin qəbulu, qeydiyyatı və lazımi yerə çatdırılması (faksla, poçtla, kuryerlə, elektron poçtla və.s). 
- Gələn qonaqların qarşılanması 
- Direktorun birbaşa tapşırıqlarının yerinə yetirilməsi 
- Ofislərin cari təsərrüfat fəaliyyəti ilə bağlı lazımi işlərin görülməsi
Namizədə tələblər
- Humanitar və ya idarəçilik sahəsində ali təhsilli 
- Word, Excel, Power point, outlook və Internetdə sərbəst işləmə bacarığı 
- Azərbaycan, rus dillərini sərbəst səviyyədə, ingilis dilini INTERMEDIATE səviyyədə bilmək 
- Kargüzarlığın aparılması üzrə əsasnamə, təlimatları; təşkilati-göstəriş sənədlərinin vahid şəklə salınmış sisteminin standartlarının norma və qaydalarını bilməlidir 
- Hesab-faktura işlərini bilmək 
- Ofis avadanlıqları ilə işləmək bacarığı 
- İşə yaradıcı yanaşma, təşkilatçılıq və ünsiyyət qurmaq qabiliyyəti 
- Kollektiv və müştərilərlə düzgün ünsiyyət qurmağı bacarmalı 
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti 
- Yüksək qavrama və öyrənmə qabiliyyəti 
- Stressə davamlılıq 
- Bilik və təcrübəsini daima inkişaf etdirən 
- Vəzifə öhdəliklərini qüsursuz olaraq yerinə yetirmək

azeridizayn.az



Əlavə məlumat:
  • Əlaqədar şəxs: Hüseynova Nərmin xanım
  • Vəzifə: Ofis Meneceri
  • E-mail: cv@avrasiyabaku.az
  • Telefon 1: (012) 436-85-69
  • Telefon 2: (012) 437-00-11
  • Şirkətin adı: Avrasiya Tərcümə Mərkəzi
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Təhsil: Ali