Ticarət marketinqi üzrə mütəxəssis - N-Qrup / İş elanları - Vakansiyalar - Elanlar

Ticarət marketinqi üzrə mütəxəssis - N-Qrup



İş elanları / Marketinq / Marketinq menecment
10 avqust 2016 в 22:37 | 847 | Azərbaycan / Bakı

Ticarət marketinqi üzrə mütəxəssis - N-Qrup

Xidmətin seçimi

İş barədə məlumat
- Ticarət markasının (brendin) mövcud və potensial bazarını təhlil etməli, brendi inkişaf etdirməklə bağlı marketinq və reklam kampaniyalarını, sərgi, təqdimat, promo, PR və digər aksiyaları hazırlamalı və həyata keçirməli 
- Potensial istehlakçılar üçün məhsulun dövri təqdimatını keçirməli 
- Şirkətin strateji marketinq planının hazırlanmasında iştirak etməli 
- Ticarət markasının (brendin) sosial şəbəkələrdə PRnın aparılması, elektron səhifəsinin daha çox tanıdılması və inkişaf etdirilməsi 
- Tam iş günü qrafiki 
- İşə qəbul AR Əmək məcəlləsinə uyğun şəkildə aparılır

Namizədə tələblər
- Azərbaycan və rus dillərini təmiz bilməli (inqlis dilini bilənə üstünlük veriləcək) 
- Yaradıcı, məsuliyyətli, kollektivdə işləmək və yüksək ünsiyyət bacarığı olmalı 
- Yüksək səviyyədə texniki (kompyuter) bacarığı olmalı 
- İqtisadiyyat, marketinq və ya digər sahələrdə ali təhsil və ya marketinq və menecment üzrə ixtisas təlimləri keçmiş 
- Marketinqin nəzəri və metodiki əsaslarını bilməli 
- Bazar iqtisadiyyatını, sahibkarlıq və biznesin idarə edilməsinin əsasları haqqında məlumatlı olmalı 
- Ticarət markasının (brendin) məhsul çeşidlərini, təsnifatını, texniki və psixoloji xüsusiyyətlərini və istehsal texnologiyası haqqında məlumatlı olmalı 
- Marketinq təhlillərinin, proqnozlaşdırma, planlaşdırma prinsiplərini və metodlarını bilməli 
- Reklam işinin əsaslarını, reklam kampaniyalarının təşkili, aparılması və effektivliyinin ölçülməsi metodlarını bilməli
Elanı irəli çəkmək5 AZNPremium etmək 50 AZN



Əlavə məlumat:
  • Əlaqədar şəxs: Xalidə x.
  • E-mail: K.surkhayzade@n-qrup.az
  • Telefon 1: (012) 408-92-18
  • Şirkətin adı: N-Qrup
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Təhsil: Ali