?php /* Smarty version 2.6.25, created on 2019-11-18 15:03:53 compiled from body1.html */ ?> Mühəndis-mexanik - ATEF Şirkətlər Qrupu MMC / Pulsuz is elanlari 2019, Vakansiyalar

Mühəndis-mexanik - ATEF Şirkətlər Qrupu MMC

8 oktyabr 2019 də 04:52 (до 07.10.2021) 430 Bakı
Məlumat
  • Əlaqə adi: HR
  • Vəzifə: Mühəndis-mexanik
  • E-mail: hr@atef.az
  • Əmək haqqı: 1000
  • Telefon: (012) 452-20-41
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Təhsil: Ali
  • Şirkətin adı: ATEF Şirkətlər Qrupu MMC

İş barədə məlumat
- Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək
- Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək
- İstehsalatın texniki hazırlığını təmin etmək
- Əsaslı təmir üçün siyahl tutulmasında iştirak etmək
- Təmir işlərini avadanlıqların texniki passportunda qeyd edilən normativlərə əsasən həyata keçirmək, normativdən kənara çıxmamaq şərtilə təmir işlərini müasir standartlar əsasında qurmaq
- Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək
- Avadanlıqların sazlığı ilə bağlı səmərələşdirici təkliflər vermək
- Tam sosial təminat (məzuniyyət və s.)
- 5 günlük iş həftəsi
- Nahar fasiləsi: 12:00-dan 13:00-dək
- Nahar müəssisə tərəfindən təmin edilir
- Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarıqları əsasında müəyyən ediləcəkdir.

Namizədə tələblər
- Ali təhsilli (elektrik mühəndisi və mühəndis-mexanik),
- Azərbaycan, rus, ingilis və türk dili
- Auto Cad, 3D, SolidWorks və digər mühəndis proqramları
- Layihə sənədlərinin vahid sistemi (ЕСКД) əsas tələblərini bilmək
- QOST, EN, IEC və digər normativ texniki sənədlərdən (texniki şərt, texniki tapşırıq) istifadə etmək bacarığı
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı
- Yeni məhsulların istehsal və sınaqdan keçirməyi bacarığı
- Mexaniki avadanlıqların quraşdırıması, sazlanması və istismara buraxılması qaydalarını bilməlidir
- Fikrini izah etmək qabiliyyəti
- Ezamiyyə imkanları
- Ünsiyyət yaratmaq bacarığı
- İşə planlı yanaşması
- Fəal olması və komandada işləmək bacarığı

Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@atef.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını Mühəndis-mexanik Mövzu bölməsində göstərin.

Похожие объявления

Şərhlər
Bu yazı üçün şərh yoxdur. Birinci ola bilərsiniz!

Şərh əlavə edin

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilərlər!

İş elanı və ya cv axtar

')