Tələbə üçün iş axtarıram / İş elanları - Vakansiyalar - Elanlar

Tələbə üçün iş axtarıram




Tələbə üçün iş axtarıram

Xidmətin seçimi

Təhsil barədə məlumat:  2013-cü ildən ADA universitetinin Beynəlxalq münasibətlər fakültəsinin tələbəsiyəm. 2016-cı il aprel-avqust aylarında tələbə mübadiləsi çərçivəsində Yaponiyanın Yamanashi Gakuin Universitetinin nəzdində olan "Internatonal College of Liberal Arts" kollecində təhsil almışam. Təhsilimdə siyasi, iqtisadi, fəlsəfi və tarixi fənnlər üstünlük təşkil edir.İş təcrübəsi barədə məlumat:  1 ildən bir qədər çox müddətdə müxtəlif zamanlarda restoranda mühasib, dil kursunda ingilis dili müəlimi və riyaziyyat və ingilis dili fənnləri üzrə repetitor kimi çalışmışam. Lakin, dərslərimlə əlaqədar olaraq bu işlərdən çıxmışam.

Dil biliyi:  İngilis dilini yüksək səvviyyədə bilirəm. Rus və yapon dillərini öyrənirəm.

Kompüter biliyi:  Word, Excell, Powerpoint, iMovie yüksək səviyyədə, Adobe Flash Player və Photoshop proqramlarını orta səviyyədə bilirəm.

Özü haqqında:

Ciddi, məsuliyyətli və tənqidçi birisiyəm. Bacara biləcəyim istənilən işdə işləyə bilərəm. Tələbə olduğum üçün dərs cədvəlimə uyğun ola biləcək iş axtarıram.



Əlavə məlumat: