Ofis meneceri - Aynur Qurbanova 400azn / İŞ - Vakansiyalar - Elanlar

Ofis meneceri - Aynur Qurbanova 400azn



CV / İnzibati / Ofis menecmenti
10 mart 2016 в 01:05 | 215 | Azərbaycan / Bakı

Xidmətin seçimi

Bacarıqlar Word, Excel - əla, 1C 8.2 – yaxşı səviyyədə bilirəm.  1C 8.2 proqramında malların alış-satış əməlliyyatları, Qaimə faktura yazılması, Kassa mədaxil və məxaric orderinin yazılması, bank əməlliyatları, Anbara malın daxil edilməsi, çıxarılması, malın qalığına baxılması və s. anbar əməliyyatları, təhtəl şəxs hesabatı, əmək haqqlarının və avansın hesablanması, əsas vəsaitlərin uçota alınması və amortizasiya hesablanması, qalıq-dövriyyə cədvəlinin proqramda qurulması, kreditor və debitor borclara baxmaq və s. əməliyyatları yaxşı bilirəm.  Exceldə cədvəllərin qurulması, hesabatların aparılması, faizlərin hesablanması, bir çox riyazi hesabatların aparılması, Forma 2, Forma 3-lərin yazılması, Word proqramında məktubların, aktların, ərizələrin (bütün dövlət sənədlərinin) yazılması, cədvəllərin qurulması, yazılmış sənədlərin A3 və A4 formatında çapa verilməsi, firmenniy blanka salınması, E-poct vasitəsi ilə müvafiq ünvanlara göndərilməsi, Daxil olan və Göndərilən sənədlərin qeydiyyatı, yüksək səviyyədə internetdən istifadə bacarığı, klaviyaturada sürətli yazı və s. işləri bacarıram. Kargüzarlıq işlərini bilirəm. Yazılmış sənədlərin printerdə çapa verilməsi, skayner olunması, kserekopiya (A3 və A4 formatında) edilməsi və s. işləri əla səviyyədə bacarıram.Ofis avadanlıqlarından sərbəst şəkildə istifadə etmək bacarığı, yaxşı ünsiyyət qurma və komanda ilə işləmək bacarığım var. Azərbaycan dili : yazmaq-əla, oxumaq-əla, danışmaq-əla .  Rus dili : yazmaq-yaxşı, oxumaq-yaxşı, danışmaq-yaxşı .  İngilis dili : yazmaq-orta, oxumaq-orta, danışmaq-zəif. 2011-ci ildə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin Materiallar Fizikası ixtisasını bitirmişəm. 05.05.2012-31.03.2013 tarixlərdə “Azproekt” MMC-də 1c operator işləmişəm.  08.04.2012-30.12.2015 tarixlərdə “Azəri-Trans” MMC-də (tikinti şirkəti) həm kompyuter operatoru (World, excel proqramında), həm də kadrlar şöbəsində karguzar vəzifələrində işləmişəm. Əlavə məlumat Təcili ofis işi axtarıram, subayam, Bakı şəh. Əhmədli metrosu yaxınlığında yaşayıram. İşimdə çox ciddi və məsuliyyətliyəm. Tapşırıqları tez və dəqiq yerinə yetirirəm.İşdə ciddiliyə xüsusi fikir verirəm. Xaiş eləyirəm Tiens, faizlə olan işlər narahat eləməsin.



Əlavə məlumat: