İELTS Müəllimi / Pulsuz İş elanları, yeni is elanlari 2018

İELTS Müəllimi



Vakansiya / Təhsil və elm / Repetitor
3 iyun 2017 в 10:19 | 119 | Azərbaycan / Bakı

Xidmətin seçimi

İşin təsviri:

- Tədris proqramını tələbələrə düzgün çatdırmaq;

- İngilis dilini peşəkar səviyyədə tədris etmək;

- Tələbələrin qısa müddətdə inkişafı üçün fərqli metodlar tətbiq etmək;

- Tələbələrə müxtəlif mövzularda seminar keçmək;

- Dərs planı proqramlaşdırmaq və dərslərin proqram üzrə təşkilini təmin etmək;

- Müxtəlif dərs metodları, audio və video materiallardan istifadə etməklə dərslərin daha maraqlı keçməsini təmin etmək;

- Çalışmalar, test materialları və imtahan sualları hazırlamaq;

- Tələbələrin dərsə davamiyyəti və aktivliyinin qeydiyyatını aparmaq;

- İşə ciddi və məsuliyyətli yanaşmaq.

Minimum vakansiya tələbləri:

· Müvafiq sahə üzrə ali təhsil;

· Ən azı 3 illik pedaqoji təcrübə;

· İELTS nəticəsi minimum 6.5- 7;

· Yaş həddi: 22- 35

Tələb olunan bilik və bacarıqlar:

· Peşəsinə yüksək motivasiya ilə yanaşma;

· Tələbələrə fərdi və differensial yanaşma bacarığı;

· İngilis dilini peşəkar səviyyədə tədris və təşkil etmə bacarığı;

· Yüksək çalışmaq və öyrətmək həvəsi;

· Dərslərin idarə edilməsi bacarığı;

· Tələbə və valideynlərlə çalışmaq qabiliyyəti;

· Müasir təlim və tədris metodlarını tətbiq etmək bacarığı;

· Proqramın tələbələrə qısa zamanda öyrədilməsinə çalışma ;

· Ünsiyyət qurma və səlis danışıq qabiliyyəti.

Vision Təhsil Mərkəzi bizimlə çalışmağın müqabilində sizə təklif edir:

· Rəqabətə davamlı əmək haqqı;

· Fərdi inkişaf imkanları;

· Dərs prosesi zamanı müasir texnologiyalardan istifadə etmə imkanı;

· Mehriban, inkişafa yönümlü və peşəkar kollektivlə işləmək imkanı;

· Yeni təşəbbüs və ideyaları irəli sürmək və gerçəkləşdirmək imkanı.

İş saatları: Dərs cədvəllərindən asılı olaraq

İş yeri: Bakı ş., Şəmsi Bədəlbəyli 106, m. 29

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (şəkil yerləşdirilmiş) 25 iyun 2017-ci il tarixinədək career.azerbaijan@gmail.com elektron poçt ünvanına mövzu hissəsində “İELTS müəllimi” qeyd olunmaqla göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız tələblərə uyğun olaraq seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.

Şirkətimiz özünün insan resursları siyasətinə əsasən müraciət edən namizədlərə bərabər seçim imkanları yaradır. Belə ki, vakansiya tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, baxışlarına, sosial-iqtisadi durumuna və ailə vəziyyətinə görə fərqləndirilmədən nəzərdən keçiriləcəkdir.



Əlavə məlumat:
  • Əlaqədar şəxs: Günel Alızadə
  • Vəzifə: İELTS Müəllimi
  • E-mail: career.azerbaijan@gmail.com
  • Telefon 1: 051 660 61 61
  • Şirkətin adı: Vision Təhsil Mərkəzi
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Təhsil: Ali