Ofis proqramları müəllimi / Pulsuz İş elanları, yeni is elanlari 2018

Ofis proqramları müəllimi



Vakansiya / Təhsil və elm / Repetitor
8 iyun 2017 в 10:38 | 144 | Azərbaycan / Bakı

Xidmətin seçimi

 Vision Təhsil mərkəzi 2009-cu ildən fəaliyyət göstərir. Fəaliyyətə başladığı gündən bəri öz məqsədinə sadiq qalaraq elm və bilik öyrənmək istəyənlərin əsas seçimlərindən biridir. Mərkəzimizin əsas hədəflərindən biri də ölkəmizin təhsil sisteminin inkişafına dəstək vermək, bu sahədə yeniliklər yaratmaqdır. Bu məqsədləri həyata keçirmək yolunda bizimlə bərabər çalışan əməkdaşlarımız ilə fəxr edirik və Sizi də Vision ailəsinin bir hissəsi olmağa, səmimi kollektivimizə qoşulmağa dəvət edirik.

İşin təsviri:

Windows, MS Office proqramlarının tədrisini həyata keçirmək; Fərdi və qrup dərslərini təşkil və idarə etmək; Nəzəri və praktiki materialları hazırlayıb tələbələrə təqdim etmək; Tələbələrin bilik səviyyəsini yoxlamaq üçün vaxtaşırı imtahanlar keçirmək; Yaş həddi: 23- 45 yaş

 Namizədə aid tələblər:

  • Ali təhsil ( Kompüter elmləri, İnformatika müəllimliyi üstünlükdür.);
  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi olmalı;
  • Windows, MS Office proqramlarını mükəmməl bilməli;
  • Pedoqoji ustalığı olmalı;
  • Proqramın tələbələrə qısa zamanda öyrədilməsinə çalışmalı;
  • Həm nəzəri, həm də praktiki proqram materiallarının hazırlanması bacarıqlarına malik olmalı;
  • Yeniliyə açıq olmalı, tədris prosesi zamanı müasir təlim metodlarından istifadə etməyi bacarmalı;
  • Ünsiyyət qurmağı bacarmalı, səlis danışıq qabiliyyəti olmalı;
  • Kollektivlə işləməyi bacarmalı;
  • Tələbələrə fərdi və differensial yanaşma bacarığına sahib olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 iyun 2017-ci il tarixinədək career.azerbaijan@gmail.com  elektron poçt ünvanına mövzu hissəsində “Ofis proqramları üzrə müəllim” qeyd olunmaqla göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız tələblərə uyğun olaraq seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.

Şirkətimiz özünün insan resursları siyasətinə əsasən müraciət edən namizədlərə bərabər seçim imkanları yaradır. Belə ki, vakansiya tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, baxışlarına, sosial-iqtisadi durumuna və ailə  vəziyyətinə görə fərqləndirilmədən nəzərdən keçiriləcəkdir.



Əlavə məlumat:
  • Əlaqədar şəxs: Günel Alızadə
  • Vəzifə: Ofis proqramları müəllimi
  • E-mail: career.azerbaijan@gmail.com
  • Telefon 1: 051 660 61 61
  • Şirkətin adı: Vision Təhsil Mərkəzi
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Təhsil: Ali