Mühasib - 600 - 800 AZN `Kontakt Home` / İŞ - Vakansiyalar - Elanlar

Mühasib - 600 - 800 AZN `Kontakt Home`



Vakansiya / Maliyyə / Mühasibat
19 iyun 2017 в 14:58 | 182 | Azərbaycan / Bakı

Xidmətin seçimi

İş barədə məlumat - Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək  - İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək  - Əsas vəsaitlərin tanınması, inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak etmək  - Təhtəl hesab, balans, avans hesabatının aparılması  - Rəsmi hesabatların hazırlanması(Statistika, DSMF)  - Hesab və elektron qaimə-fakturaların yazılması  - Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi - Gündəlik hesabları üzrə qalıqlar hesabatı  - Mal/Xidmətlərin, müqavlə və sifarişlərin yoxlanılması  - Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması  - Aylıq əmək haqqı cədvəllərinin heablanması və hazırlanması  - Xəstəlik, hamiləlik vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı DSMF-na təqdim olunmalı sənədlərin hazırlanması  - İşçilərin əmək haqqlarının və digər ödənişlərinin aparılması  - AR Əmək Məcəlləsinə əsasən sənədləşmə  - İş qrafiki: I-V günlər, 09:00-18:00  - Əmək haqqı: 600-800 AZN Namizədə tələblər - Maliyyə-Mühasibatlıq sahəsində ali təhsil  - Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməlidir, ingilis dilini bilən namizədlərə üstünlük veriləcək  - Mühasibatlıq sahəsində ən az 2 il təcrübə  - Mühasibatlıqla bağlı qanunvericilik və vergi Məcəlləsi üzrə biliklər  - MS Office (xüsusilə MS Excel), 1C, BTP proqramları ilə sərbəst şəkildə işləmək bacarığı  - Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı  - Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Mühasib” qeyd edərək CV formasını  hr@abc-telecom.az elektron ünvanına göndərmək xahiş olunur.



Əlavə məlumat:
  • Əlaqədar şəxs: `Kontakt Home`
  • Vəzifə: Mühasib
  • E-mail: hr@abc-telecom.az
  • Telefon 1: (012) 533-01-01
  • Şirkətin adı: `Kontakt Home`
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Təhsil: Ali