8 oktyabr 2019 də 04:49 (до 07.10.2021) 427 Bakı
Məlumat

İş barədə məlumat
- Texniki tapşırığa əsasən layihə sənədlərinin işləmək, razılaşdırılan elektrik layihələrini hazırlamaq və yoxlamaq
- Layihə həyata keçirilən ərazilərə baxış keçirilmək və işlərin proseslərinin monitorinqini aparmaq
- Transformator, elektron avadanlıqların texniki xidməti
- Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət etmək
- Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatlarin hazırlanmasını təmin etmək
- Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarət etmək
- Elektrik təchizatı üzrə layihə və işçi sənədlərin işlənib hazırlanmasını təmin etmək
- Aparılan elektrik quraşdırma işlərinə nəzarət etmək
- Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin və nəzarət etmək
- Sistemlərdə meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə etmək
- Elektrik avadanlıqlarına mütəmadı qaydada texniki baxışın və nəzarətin həyata keçirilməsi, sistemə uyğun qoruyucuların saz vəziyyətdə saxlanılması və daimi monitorinqini həyata keçirmək
- Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək
- Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək
- Tam sosial təminat (məzuniyyət və s.)
- 5 günlük iş həftəsi
- Nahar fasiləsi: 12:00-dan 13:00-dək
- Nahar müəssisə tərəfindən təmin edilir

Namizədə tələblər
- Ali təhsilli (elektroenergetika mühəndisliyi üzrə bakalavr və ya magistr)
- Müvafiq ixtisas üzrə 2-3 il iş təcrübəsi
- Güc transformatorları (ilkin hesabat və mexaniki dizayn) haqqında biliklərinin olması
- Transformatorlarin sarğıları, maqnit nüvə sisteminin quruluşu və yağ çənlərinin (soyutma sistemlərinin) konstruksiyaları haqqında biliklərin olması
- Yarımstansiyaların paylayıcı qurğularının ümumi quruluşu və birxəttli sxemləri analiz etmək bacarığı
- Paylayıcı qurğuların ayrı-ayrı elementlərinin funksiyaları (açar, ayırıcı, ölçü transformatorları, rele mühafizə və s.) haqqında ümumi məlumatların olması
- Normativ və Texniki sənədlərlə işləmək bacarığı
- MS Excel, Auto Cad, 3D, SolidWorks proqramlarında işləmək bacarığı
- Azərbaycan, rus, ingilis və türk dili
- Fikrini izah etmək qabiliyyəti
- Ezamiyyə imkanları
- Ünsiyyət yaratmaq bacarığı
- İşə planlı yanaşması
- Fəal olması və komandada işləmək bacarığı

Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@atef.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını Elektrik mühəndisi Mövzu bölməsində göstərin.

Похожие объявления
Şərhlər
Bu yazı üçün şərh yoxdur. Birinci ola bilərsiniz!

Şərh əlavə edin

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilərlər!
İş elanı və ya cv axtar

')